Napoliten
Napoliten sousu İtaliyanın klassik souslarından biridir. Adından da göründüyü kimi İtaliyanın Napoli şəhərinə məxsusdur. Sousun təməl ərzağı pomidordur. Yaz aylarında yetişən tarla pomidorları və gözəl qoxulu reyhan yarpaqlarının aromasıyla bişirilən bu sous spaghetti, makaron, pizza, ət, toyuq, balıqla da birlikdə yeyilə bilər. Reyhanın yerinə kəklikotu və yaxud cəfəri də istifadə edə bilərik.
Ərzaqlar:
500 qram rəndələnmiş pomidor;
1 çay qaşığı zeytun yağı;
1 ədəd quru soğan ( kiçik ölçülü );
3 diş sarımsaq;
1 çay qaşığı şəkər tozu;
1 çay qaşığı duz;
1 çay qaşığı istiot;
4-5 yarpaq reyhan ( kəklikotu və yaxud cəfəri );
1 çay qaşığı üzüm sirkəsi.
Hazırlanması: Tavaya zeytun yağını tökdükdən sonra kiçik şəkildə doğranmış soğanları əlavə edib şəffaf hala gələnə qədər qovurmaq lazımdır. Soğan qovrulub qurtarmadan sarımsağı əlavə edib 2-3 dəqiqə bişirdikdən sonra, rəndələnmiş pomidor, duz, istiot, sirkəni soğan-sarımsaq qarışığına qatıb, az odda bişirin. Bişənə yaxın göyətiləri və şəkəri qatıb 2-3 dəqiqə sonra odu söndürmək lazımdır.


Hiç yorum yok:
Yorum Gönder