Avokado
Avokado vətəni Orta Meksika olan, Lauraceae ailəsinə mənsub bir ağac və bu ağacın meyvələrinin adıdır. Adətən yaşıl və tünd qırmızıya çalan rənglərdə olur. Oval, ellips və ya armud formasında olan meyvələr 7÷20 santimetr uzunluğundadır, ağırlığı 100 qram ilə 1 kiloqram arasında dəyişir. Meyvənin ortasındakı geniş toxumu 5÷6,4 santimetr aralığındadır.
Avokadoda kalorinin 75%-i yağlardan gəlir ki, bunun da çox hissəsi doymamış yağlardır. 100 qram avokadoda banana görə 35% daha çox kalium var (485mq - avokadoda, 358mq - bananda). Avokado B, E və K vitamini ( Koagulationsvitamin ) ilə zəngindir. Avokado daha çox xolesterol səviyyəsinin aşağı salınmasında istifadə oluna bilər.
Qeyd etdiyimiz kimi, avokadoda bir çox meyvələrdən daha artıq miqdarda yağ var. Digər yağlı qidaların ( məsələn süt, balıq və s. ) istifadəsinin sərhədi olduğuna görə, bir çox pəhrizlərdə onların əvəzinə avokadodan istifadə etmək olar. Meyvənin ləti çıxarıldıqdan az müddət sonra qaralmağa başlayır. Bunun baş verməməsi üçün onun üzərinə limon suyu sıxmaq lazımdır. Avokado vegeterian yeməklərində çox məşhurdur. Tərkibində yüksək miqdarda yağ olduğuna görə, sandviç və salatlarda ət əvəzinə istifadə olunur. Bir çox növləri çiy yeyilə bilər. Ancaq bəzi növlərini ( Hass və s. ) isidib yemək lazımdır. Ancaq az miqdarda isitmək olar. Uzun müddətli isitmə bədəndə müxtəlif reaksiyalara səbəb ola bilər.
Meksikada ən məşhur souslardan biri avokadodan hazırlanan Guakamole sousudur.
Hazırlanması :
Avokadolar iki yerə bölünür. Çəyirdəkləri çıxardılır. Lətli qismi qabığından ayırılır. Üzərinə limon suyu sıxılır. Və püre halına gətirilmədən əzilir. Daha sonra əzilmiş pomidor və duz əlavə edilir. Bunlarla bərabər incə doğranılmış soğan, sarımsaq, acı bibər, keşniş də qarışığa qatılır. Müxtəlif baharat növləri zövqə görə əlavə edilə bilər.

Hiç yorum yok:
Yorum Gönder