Makaron növləri
Spaghetti
Spaghetti uzun, incə və silindrik makaron növüdür. Ənənəvi italyan mətbəxinin ən vacib qidalarından sayılır. Digər makaron çeşidləri kimi spaghetti də üyüdülmüş buğda və sudan hazırlanır. İlk olaraq uzun spaghettilər məşhur olmuşdur. Lakin 20-ci əsrin ikinci yarısı boyunca qısa spaghettilər daha çox məşhurlaşdı. İndi isə uzunluğu 25-30 santimetr olan spaghettilər mövcuddur. Demək olar ki, bütün sous çeşidləri ilə yeyilə bilsə də, pomidorlu souslarla özünə məxsus, fərqli bir dadı olur. Məsələn, Napoliten sousunu, acı sevənlər üçün isə Arrabiata sousunu spaghetti ilə sınaya bilərsiniz.
Farfalle
Kəpənək makaron kimi tanınan bir makaron növüdür. Adı italyan dilində olan Farfalla ( butterfly ) sözündən götürülüb. Bu növ makaronun daha böyük forması farfallone, daha miniatür olan növünə isə farfallin deyilir. Bu növün tarixi Şimali İtalyanın Lombardiya və Emilia-Romagna bölgələrinə,16-cı əsrə dayanır. Makaron salatında daha çox farfalle makaron növündən istifadə olunur. Bu növ daha çox xamalı souslarla servis edilir.
Fettucini
Bu makaron növü yastı və uzun növlərdən biridir. Ev şəraitində hazırlanan əriştənin uzun halı fettucini sayılır. Roma və Toskana bögələrinin mətbəxində daha çox məşhurdur. Yumurta və undan hazırlanan, Bolognaya məxsus olan tagliatelle makaron növü fettuciniyə nəzərən daha genişdir, lakin çox oxşardırlar. Fettucini makaronu ilə hazırlanan ən məşhur yemək Fettucini Alfredodur (Şəkildə göstərilib)
Linguine
Linguine spaghetti kimi uzun, lakin incə və yastı bir makaron növüdür. Daha çox Pesto sousu ilə və əsas ərzağı xama olan souslarla bir yerdə hazırlanır. Linguine italyan dilində "kiçik dil" mənasına gəlir. Bu makaron növünə tyenette və yaxud bavette də deyilir. Linguinenin daha incə növü linguettine adlanır.
Fusilli
Fusilli uzun, qalın, tirbuşonlu makaron növüdür. Bu növ, makaron çubuğuna kiçik çöp toxundurmaqla döndərilərək hazırlanır. Fusilli makaronlarının sadə və kəpəkli növləri olur. Lakin xüsusi olaraq onların makaron xəmirinə çuğundur, pomidor və ispanaq qarışdırılaraq hazırlanan növləri də vardır. Fusilli makaronları içi boş və dolu olaraq hazırlanır. İçi boş olan belə makaronlara fusilli bucati deyilir. Qıvrımları olduğuna görə bütün tip sousları öz üzərində tez saxlamaq qabiliyyətinə malikdir.





Hiç yorum yok:
Yorum Gönder