25 Aralık 2016 Pazar

Vitamin C
Vitamin C insan bədəni üçün alınması məcburi olan vitaminlərdən biridir. Çünki, insan bədəni vitamin C ehtiyacını öz-özünə ödəyə bilmir. Ancaq metabolizma üçün lazımlı bir vitamin olduğundan mütləq bədən bu vitamin ehtiyacını qarşılamalıdır. C vitamininin əskikliyi insanda skorbit xəstəliyinin yaranmasına səbəb ola bilər. Bu xəstəliyin ən başlıca əlamətləri halsızlıq, saçların tez-tez qıvrılması, dəri altında qanamalar, diş ətlərinin tez-tez qanaması, oynaqlarda ağrılar, nəfəs darlığı və s. hesab olunur.
Günlük vitamin C ehtiyacı
Günlük vitamin C ehtiyacı uşaqlarda, böyüklərdə və siqaret çəkən insanlarda fərqli miqdardadır. 19 yaşından böyük qadınlarda gündəlik olaraq 75mg, kişilərdə isə 90mg təşkil edir. Əgər siqaret çəkirsinizsə, hər bir miqdarın (qadınlar 75mg və kişilər 90mg) üzərinə 35mg gəlmək lazımdır. 6 aya qədər uşaqlarda günlük 40mg, 7 və 12 ay arası uşaqlarda 50mg təşkil edir. 1-3 yaşlarda 15mg, 4-8 yaş uşaqlarda 25mg, 9-13 yaşlarda isə 45mg vitamin C alınmalıdır. Bu yaşdan 18 yaşına qədər qızlar 65mg, oğlanlar 75mg günlük C vitamini qəbul etməlidirlər.
Tərkibində ən çox vitamin C olan qidalar 













Sarı bibər - Vitamin C in 100g - 183.5mg (qırmızı və yaşıl bibərlərdə də vitamin C yüksəkdir)
Brokoli - Vitamin C in 100g - 89.2mg
Guava - Vitamin C in 100g - 228.3mg (vətəni Meksika, Mərkəzi Amerika və Cənub-Şərqi Amerika olan tropik meyvə)
Çiyələk - Vitamin C in 100g - 58.8mg
Portağal - Vitamin C in 100g - 53.2mg
Yaşıl noxud - Vitamin C 100g - 60mg
Kivi - Vitamin C 100g - 92.7mg
Papaya - Vitamin C in 100g - 60.9mg (vətəni Cənubi Meksika və Mərkəzi Amerika olan tropik meyvə)
Pomidor - Vitamin C in 100g - 22.8mg
Kale - Vitamin C in 100g - 120mg (xüsusi növ kələm yarpaqları)




20 Aralık 2016 Salı

Makaron növləri
Spaghetti
Spaghetti uzun, incə və silindrik makaron növüdür. Ənənəvi italyan mətbəxinin ən vacib qidalarından sayılır. Digər makaron çeşidləri kimi spaghetti də üyüdülmüş buğda və sudan hazırlanır. İlk olaraq uzun spaghettilər məşhur olmuşdur. Lakin 20-ci əsrin ikinci yarısı boyunca qısa spaghettilər daha çox məşhurlaşdı. İndi isə uzunluğu 25-30 santimetr olan spaghettilər mövcuddur. Demək olar ki, bütün sous çeşidləri ilə yeyilə bilsə də, pomidorlu souslarla özünə məxsus, fərqli bir dadı olur. Məsələn, Napoliten sousunu, acı sevənlər üçün isə Arrabiata sousunu spaghetti ilə sınaya bilərsiniz.

Farfalle
Kəpənək makaron kimi tanınan bir makaron növüdür. Adı italyan dilində olan Farfalla ( butterfly ) sözündən götürülüb. Bu növ makaronun daha böyük forması farfallone, daha miniatür olan növünə isə farfallin deyilir. Bu növün tarixi Şimali İtalyanın Lombardiya və Emilia-Romagna bölgələrinə,16-cı əsrə dayanır. Makaron salatında daha çox farfalle makaron növündən istifadə olunur. Bu növ daha çox xamalı souslarla servis edilir.

Fettucini
Bu makaron növü yastı və uzun növlərdən biridir. Ev şəraitində hazırlanan əriştənin uzun halı fettucini sayılır. Roma və Toskana bögələrinin mətbəxində daha çox məşhurdur. Yumurta və undan hazırlanan, Bolognaya məxsus olan tagliatelle makaron növü fettuciniyə nəzərən daha genişdir, lakin çox oxşardırlar. Fettucini makaronu ilə hazırlanan ən məşhur yemək Fettucini Alfredodur (Şəkildə göstərilib)

Linguine
Linguine spaghetti kimi uzun, lakin incə və yastı bir makaron növüdür. Daha çox Pesto sousu ilə və əsas ərzağı xama olan souslarla bir yerdə hazırlanır. Linguine italyan dilində "kiçik dil" mənasına gəlir. Bu makaron növünə tyenette və yaxud bavette də deyilir. Linguinenin daha incə növü linguettine adlanır.
Fusilli
Fusilli uzun, qalın, tirbuşonlu makaron növüdür. Bu növ, makaron çubuğuna kiçik çöp toxundurmaqla döndərilərək hazırlanır. Fusilli makaronlarının sadə və kəpəkli növləri olur. Lakin xüsusi olaraq onların makaron xəmirinə çuğundur, pomidor və ispanaq qarışdırılaraq hazırlanan növləri də vardır. Fusilli makaronları içi boş və dolu olaraq hazırlanır. İçi boş olan belə makaronlara fusilli bucati deyilir. Qıvrımları olduğuna görə bütün tip sousları öz üzərində tez saxlamaq qabiliyyətinə malikdir




18 Aralık 2016 Pazar

Gözlər üçün ən faydalı qidalar
      Gözlər üçün ən faydalı qidalar dedikdə çox sadə bir mexanizm işə düşür: tərkibində A, C, E vitaminləri olan qidalar gözlər üçün çox faydalıdır. Vitamin A tor qişa piqmentinin əsas tərkib hissələrindən sayılır. Bu vitaminin çatışmazlığı nəticəsində "gecə korluğu" xəstəliyi yaranır. Bütün növ göz xəstəliklərində vitamin A-nı qəbul etmək lazımdır. Bu mənada aşağıdakı qidalardan istifadə etmək olar:

      Bunların içərisində kök öz vacibliyini qoruyur. Ancaq tərkibcə ərik ən yüksək vitamin miqdarını özündə saxlayır. Lakin ərik mövsümi meyvə olduğuna görə vitamin A ehtiyacını qarşılamaq üçün digər qidaları istifadə etmək olar. Həmçinin iki yumurtanın sarısı gündəlik vitamin A ehtiyacını qarşılaya bilər. 
      Görmə qabiliyyəti normal olan insanlarda və yaxud da görmə qabiliyyəti zəif olan insanlarda günün müxtəlif saatlarında gözün görmə qabiliyyəti dəyişə bilər. Bu qan dövranı ilə əlaqədardır. Deməli görmə qabiliyyəti qan damarlarından da asılıdır. Bunun normallaşmasını isə vitamin C ehtiyatı yerinə yetirir. Gündəlik ehtiyatı bir portağal ilə təmin etmək olar və yaxud da aşağıdakı qidalardan istifadə etmək lazımdır:
      Vitamin E isə göz hüceyrələrinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Bu vitaminin gündəlik qəbulu normal səviyyədə olduqda insanda göz şişlərinin yaranması halları baş vermir. Gündəlik 40-100 qram fındıq, fıstıq yaxud qozun qəbulu bu tələbatı ödəyir. Lakin aşağıdakı qidalardan da istifadə etmək olar:

Yeməkdən sonra edilən səhvlər
1. Siqaret
Mütəxəssislər tərəfindən edilən bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki, yeməkdən dərhal sonra çəkilən bir siqaret 10 siqaretə bərabərdir.








2. Meyvə
Yeməkdən sonra yeyilən meyvələr mədənin havayla şişməsinə səbəb olur.







3. Çay
Çay yarpaqları kəskin dərəcədə kofeinə sahibdir. Bu maddə istifadə etdiyimiz qidalardakı proteinin həzmini çətinləşdirir.








4. Duş
Duş almaq əllərdə, ayaqlarda və bədəndə qan axınını gücləndirər. Bunun nəticəsində mədə bölgəsində qan miqdarı azalır. Bu da mədənin həzm sistemini zəiflədir.











5. Gəzmək
Bir çox insanlar yeməkdən sonra gəzməyin faydalı olduğunu və həzm sisteminin daha yaxşı getdiyini deyirlər. Gerçəkdə isə yeməkdən sonra gəzmək qidalarda olan faydalı maddələrin bədənə daxil olmasının qarşısını alır.








6. Yatmaq
Yeməkdən sonra yatmaq aldığımız qidaların doğru həzminin qarşısını alır. Bu vəziyyət bağırsaqlarda qastrit və infeksiyaların yaranmasına səbəb ola bilər.









Qaynaq : Dr Yaşar Ateşoğlu ( Doğru bildiğiniz yanlışlar )


11 Aralık 2016 Pazar

Helpful juice
1. For energy 
an orange;
a piece of ginger;
a handful of pineapple.











                                                         2. For colds
                                                         a carrot;
                                                         a piece of ginger;
                                                         an apple.
                                                                                                                        3. For detox
                                                                                                                        1/4 beet;
                                                                                                                        a carrot;
                                                                                                                   a handful of mint.













Enerji topları
Tərkibi :
- 250 qram peçenye ( yumşaq, ovula bilən );
- 250 qram yağ;
- 20-30 ədəd fıstıq;
- 20 qram kakao;
- 100 qram şəkər tozu.
Hazırlanması :
Bir qabda peçenyeləri əzdikdən sonra ( yaxşı əzilməsi üçün yumşaq peçenyelər seçmək lazımdır ), əridilmiş yağı üzərinə əlavə edib, ikisini bir yerdə qarışıq halına gələnə qədər qarışdırmaq lazımdır. Müəyyən müddət sonra kakaonu əlavə etmək olar. Bir qədər sonra şəkər tozunu qatıb azca qarışdırın. Daha sonra müəyyən parçalar götürüb, içərisinə fıstıq qoyub yumru vəziyyətə gətirmək lazımdır. Daha sonra zövqə görə enerji toplarını şəkər kirşanına, acı olmasını istəyiriksə kakaonun özünə, əzilmiş fıstığa və s. batırmaq olar.



4 Aralık 2016 Pazar

Napoliten 
      Napoliten sousu İtaliyanın klassik souslarından biridir. Adından da göründüyü kimi İtaliyanın Napoli şəhərinə məxsusdur. Sousun təməl ərzağı pomidordur. Yaz aylarında yetişən tarla pomidorları və gözəl qoxulu reyhan yarpaqlarının aromasıyla bişirilən bu sous spaghetti, makaron, pizza, ət, toyuq, balıqla da birlikdə yeyilə bilər. Reyhanın yerinə kəklikotu və yaxud cəfəri də istifadə edə bilərik.
Ərzaqlar:
500 qram rəndələnmiş pomidor;
1 çay qaşığı zeytun yağı;
1 ədəd quru soğan ( kiçik ölçülü );
3 diş sarımsaq;
1 çay qaşığı şəkər tozu;
1 çay qaşığı duz;
1 çay qaşığı istiot;
4-5 yarpaq reyhan ( kəklikotu və yaxud cəfəri );
1 çay qaşığı üzüm sirkəsi.
Hazırlanması:                                             Tavaya zeytun yağını tökdükdən sonra kiçik şəkildə doğranmış soğanları əlavə edib şəffaf hala gələnə qədər qovurmaq lazımdır. Soğan qovrulub qurtarmadan sarımsağı əlavə edib 2-3 dəqiqə bişirdikdən sonra, rəndələnmiş pomidor, duz, istiot, sirkəni soğan-sarımsaq qarışığına qatıb, az odda bişirin. Bişənə yaxın göyətiləri və şəkəri qatıb 2-3 dəqiqə sonra odu söndürmək lazımdır.                           

2 Aralık 2016 Cuma

Avokado 
      Avokado vətəni Orta Meksika olan, Lauraceae ailəsinə mənsub bir ağac və bu ağacın meyvələrinin adıdır. Adətən yaşıl və tünd qırmızıya çalan rənglərdə olur. Oval, ellips və ya armud formasında olan meyvələr 7÷20 santimetr uzunluğundadır, ağırlığı 100 qram ilə 1 kiloqram arasında dəyişir. Meyvənin ortasındakı geniş toxumu 5÷6,4 santimetr aralığındadır. 
       Avokadoda kalorinin 75%-i yağlardan gəlir ki, bunun da çox hissəsi doymamış yağlardır. 100 qram avokadoda banana görə 35% daha çox kalium var (485mq - avokadoda, 358mq - bananda). Avokado B, E və K vitamini ( Koagulationsvitamin ) ilə zəngindir. Avokado daha çox xolesterol səviyyəsinin aşağı salınmasında istifadə oluna bilər. 
    Qeyd etdiyimiz kimi, avokadoda bir çox meyvələrdən daha artıq miqdarda yağ var. Digər yağlı qidaların ( məsələn süt, balıq və s. ) istifadəsinin sərhədi olduğuna görə, bir çox pəhrizlərdə onların əvəzinə avokadodan istifadə etmək olar. Meyvənin ləti çıxarıldıqdan az müddət sonra qaralmağa başlayır. Bunun baş verməməsi üçün onun üzərinə limon suyu sıxmaq lazımdır. Avokado vegeterian yeməklərində çox məşhurdur. Tərkibində yüksək miqdarda yağ olduğuna görə, sandviç və salatlarda ət əvəzinə istifadə olunur. Bir çox növləri çiy yeyilə bilər. Ancaq bəzi növlərini ( Hass və s. ) isidib yemək lazımdır. Ancaq az miqdarda isitmək olar. Uzun müddətli isitmə bədəndə müxtəlif reaksiyalara səbəb ola bilər.
Meksikada ən məşhur souslardan biri avokadodan hazırlanan Guakamole sousudur.
Hazırlanması :
Avokadolar iki yerə bölünür. Çəyirdəkləri çıxardılır. Lətli qismi qabığından ayırılır. Üzərinə limon suyu sıxılır. Və püre halına gətirilmədən əzilir. Daha sonra əzilmiş pomidor və duz əlavə edilir. Bunlarla bərabər incə doğranılmış soğan, sarımsaq, acı bibər, keşniş də qarışığa qatılır. Müxtəlif baharat növləri zövqə görə əlavə edilə bilər.