30 Ocak 2017 Pazartesi

Vegan və vegetarianlığın fərqi
 Vegetarian sözü latınca "vegetus" sözündən yaranıb. Çox insanın fərz etdiyi kimi vegetable (tərəvəz) sözündən yaranmayıb. Vegetus latınca canlı, sağlıqlı, həyat dolu mənasına gəlir. 1842-ci ildə meydana gəlmiş bu ifadəni qəbul edən insanlar özlərini vegetarianlar adlandırmağa başladılar. Vegetarianlar ət və balıq kimi qidaları istifadə etməyib, yumurta və eləcə də süd və süd məhsullarını istəyə bağlı olaraq istifadə edən insanlardır. Bu baxımdan vegetarianları aşağıdakı qruplara bölmək olar:
- Ovo vegetarianlar - ət, eləcə də süd və süd məhsullarını istifadə etmirlər. Amma yumurta istifadə edirlər.
- Lakto vegetarianlar - potensial  bir cana əziyyət verildiyi düşüncəsinə sahib olub yumurta istifadə etməyənlər. Onlar heyvani qida olaraq yalnız süd və süd məhsulları istifadə edirlər. 
- Ovo-lakto vegetarianlar - bu vegetarianlar istər süd, istərsə də yumurta istifadə edə bilən vegetarian qrupudur. Qeyd edim ki, bu qrup daha çox üstünlük təşkil edir. 

Bunlardan başqa digər qruplar da mövcuddur. Məsələn pesketeryanlar. Bu qrup balıq yeyə bilən vegetarianlardır. Bir qrup da mövcuddur ki, onları yarı vegetarianlar adlandırırlar. Bu qrup insanlar planlı şəkildə olmadan müxtəlif tip heyvani qidaları rasionlarından çıxara bilirlər. Məsələn, balıq yeməyib, lakin toyuq yeyə bilən və yaxud süd məhsullarından istifadə etməyib, yumurta və ət məhsullarından istifadə edənlər və s.


VEGANLIQ

Veganlıq - vegetarianlığın daha çox qatı forması hesab olunur. Ət sənayesinə tamamilə qarşıdırlar. Heyvanlar üzərində aparılmış sınaq və təcrübələr nəticəsində əldə olunan dərman, makyaj məhsulları, kürk, dəri, yun, ipək kimi məhsulları istifadə etmirlər. Heyvanların öldürülməsinə qarşıdırlar. Bununla yanaşı kökü olub, ancaq meyvə verməyən bitkilərdən istifadə etmirlər. Çünki, veganlara görə kökü olan bitkini torpaqdan çıxartmaq da bir cinayətdir.


1 yorum: